18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İlham Əliyev Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi ilə müavininin səlahiyyətini azaldıb
Tarix: 27-10-2022 14:40 | Bölmə: Gündəm
İlham Əliyev Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi ilə müavininin səlahiyyətini azaldıb

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı prezident İlham Əliyevin imzaladığı fərmanla “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 28-ci hissəsinə və 55-2.5-ci bəndinə dəyişiklik olunub.

Dəyişikliklə rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısından "Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, onun müavini” sözləri çıxarılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər