Azərbaycan millisi Uelsə uduzub
Tarix: 09-09-2024 15:33 | Bölmə: İdman
 Azərbaycan millisi Uelsə uduzub

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi üçüncü yoldaşlıq oyununda da məğlub olub.

Məlumata görə, yığma İspaniyanın Mursiya şəhərində bu gün Uelslə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib. Daha əvvəl Şotlandiyaya da uduzan (0:2) U-19 Niderlanda da məğlub olub - 0:3.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 2-dən İspaniyada təlim-məşq toplanışındadır.




Bölməyə aid digər xəbərlər