Dünya şöhrətli futbolçu cinsi təcavüzdə ittiham olunur
Tarix: 16-10-2024 09:03 | Bölmə: İdman
Dünya şöhrətli futbolçu cinsi təcavüzdə ittiham olunur

Fransanın dünya şöhrətli futbolçusu Kilian Mbappe ötən cümə axşamı İsveçin paytaxtı Stokholma səfərindən sonra ona qarşı cinsi təcavüz iddiaları ilə araşdırma başlandığı bildirilir.

Reyting.az
xəbər verir ki, bu barədə İsveç dövlət televiziyası SVT məlumat yayıb. STV-nin əldə etdiyi sənədlərdə bildirilir ki, futbol ulduzu ilə bağlı polisə zorlama ittihamı üzrə məlumat daxil olub.

Polisə təqdim edilən cinayət hesabatı oktyabrın 10-da Stokholmun mərkəzindəki oteldə baş verən zorlama hadisəsinə aiddir. Polisin bəzi paltarları müsadirə etdiyi qeyd olunur.

Hadisə ilə bağlı məlumatlar Fransa mətbuatında da yayıldıqdan sonra Mbappe “X” hesabında məsələyə reaksiya verərək, deyilənlərin yalan olduğunu bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
11-10-2024, 13:33 Mesut Özil Bakıya gəlib
10-10-2024, 18:01 Millimiz məğlub olub

{sape_links}{sape_article}