18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Böyük Dəbilqə: cüdoçularımızın rəqibləri bəlli olub
Tarix: 24-07-2025 10:58 | Bölmə: İdman
Böyük Dəbilqə: cüdoçularımızın rəqibləri bəlli olub

İyulun 24-də Monqolustanın paytaxtı Ulan-Batorda Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri bəlli olub.

Reyting.az
xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycanı 2 çəki dərəcəsində 3 idmançı təmsil edəcək.

Yarış sabah Bakı vaxtı ilə saat 08:00-da başlayacaq. Turnirin təsnifat mərhələsinin görüşlərini canlı olaraq Azərbaycan dilində şərhlə JudoTV.com saytından, final blokunu isə 13:00-dan etibarən İdman TV telekanalından izləyə bilərsiniz.

Kişilər


-60 kq, 1/8 final

Balabəy Ağayev – Konstantin Simeonidis (BƏƏ) / Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə

Turan Bayramov – Sumiyabazar Enxtayvan (Monqolustan) / Yuantao Van (Çin) cütünün qalibi ilə

-66 kq, 1/16 final
Elşən Əsədov – Cantsandorj Unurbat (Monqolustan)




Bölməyə aid digər xəbərlər