10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
"Qarabağ" klubu iki nigeriyalı futbolçu alıb
Tarix: 11-09-2025 16:11 | Bölmə: İdman
"Qarabağ" klubu iki nigeriyalı futbolçu alıb

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının oyunları üçün heyətinə iki nigeriyalı futbolçu cəlb edib.

Bu barədə Klubun Futbol Akademiyasının meneceri Nail Kərimov məlumat verib.

O, sözügedən ölkənin "Beyond Limit" akademiyasından iki oyunçunu transfer etdiklərini deyib: "Həmin klubla münasibətlərimiz var idi. Müraciət etdik və oyunçularını bizə yönləndirdilər. Onlar vinger Muyideen Olude və hücumçu Toheeb Abiodundur. Hər ikisi viza məsələsi həll edilmədiyi üçün ilk matçı buraxacaq".

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının I turunda Portuqaliya təmsilçisi "Benfika"nın qonağı olacaq. Qarşılaşma sentyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib