AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
Tarix: 10-09-2025 11:00 | Bölmə: İdman
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Reyting.az
xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun I təsnifat mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək "Ayaks" (Niderland) – "Şturm" (Avstriya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Niderlandın Duivendrext şəhərində yerləşən "De Toekomst" stadionunda baş tutacaq.




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib