Sabah yağış yağacaq - Proqnoz
Tarix: 21-09-2025 12:39 | Bölmə: Cəmiyyət
Sabah yağış yağacaq

Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Reyting.az
xəbər verir ki, sabah günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 17-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacaq.




Bölməyə aid digər xəbərlər
18-09-2025, 12:47 Sabah yağış yağacaq
16-09-2025, 13:27 Sabah yağış yağacaq