İlham Əliyev Ruanda prezidenti ilə görüşüb - (Yenilənib) - Fotolar
Tarix: 20-09-2025 15:17 | Bölmə: Slayd
İlham Əliyev Ruanda prezidenti ilə görüşüb - (Yenilənib)

Azərbaycana rəsmi səfərə gələn Ruanda prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Reyting.az 
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı və Ruanda prezidentinin şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü meydanda Pol Kaqameni Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Ruanda Prezidentinə raport verib.

Ruanda və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Ruanda prezidenti Pol Kaqamenin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

***

Prezident İlham Əliyevin sentyabrın 20-də Ruanda prezidenti Pol Kaqame ilə təkbətək görüşü olub.

Reyting.az 
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan ilə Ruanda arasında imzalanmış sənədlərin sentyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyevin və Ruanda prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub.

Reyting.az
xəbər verir ki, sonra Azərbaycan və Ruanda prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.














Bölməyə aid digər xəbərlər