Arsen Venqer “Lion”a rəhbərlik etməyə razılaşmadı
Tarix: 29-04-2019 16:51 | Bölmə: İdman
Arsen Venqer “Lion”a rəhbərlik etməyə razılaşmadı

London “Arsenal”ının keçmiş baş məşqçisi Arsen Venqer Fransanın “Lion” klubuna rəhbərlik etməyə razılaşmayıb.

Reyting.az xəbər verir ki, “Lion” 69 yaşlı fransalı mütəxəssisə mövsümün sonunda komandanı tərk edəcək Bruno Jenezionu əvəz etməyi təklif edib.

Venqer təklifi qəbul etməyib.

Xatırladaq ki, fransalı mütəxəssis “arsenal”a 1996-cı ildən 2018-ci ilədək rəhbərlik edib. O, London klubu ilə 19 titul qazanıb.

Venqer baş məşqçi kimi karyerasında Fransanın “Nansi”, “Monako” və Yaponiyanın “Naqoya Qrampus” komandalarına da rəhbərlik edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-10-2024, 13:33 Mesut Özil Bakıya gəlib
10-10-2024, 18:01 Millimiz məğlub olub

{sape_links}{sape_article}