Futzal üzrə Yüksək Liqa oyunları keçirilib
Tarix: 27-11-2025 17:37 | Bölmə: İdman
Futzal üzrə Yüksək Liqa oyunları keçirilib

Futzal üzrə Yüksək Liqada VIII turun oyunları keçirilib.

Reyting.az
xəbər verir ki, günün ilk matçında "Baku Fire" U-19 kollektivini 6:4 hesabı ilə üstələyib.

Ardınca "Neftçi" İK "Şuşa" komandasına 12:3 hesabı ilə qalib gəlib.

Günün son görüşündə isə ölkə çempionu "Araz-Naxçıvan" "Lənkəran"dan güclü olub - 21:3.

Xal durumu: "Neftçi" İK - 22, "Araz-Naxçıvan" - 19, "Baku Fire" - 17, "Şuşa" - 9, U-19 - 3, Lənkəran - 0.(Report)




Bölməyə aid digər xəbərlər