"Qarabağ" Çempionlar Liqası üçün yeni futbolçu sifariş edib
Tarix: 21-11-2025 09:47 | Bölmə: İdman
"Qarabağ" Çempionlar Liqası üçün yeni futbolçu sifariş edib

"Qarabağ" UEFA Çempionlar Liqasının oyunları üçün Joni Montieli iştirak ərizəsinə daxil edib. 27 yaşlı yarımmüdafiəçi zədə səbəbindən uzun müddətə sıradan çıxan Kadi Borgesi əvəzləyib.

Reyting.az
xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin yayda çıxardığı qərara əsasən, avrokuboklarda bir futbolçu ən azı 2 aylıq sıradan çıxsa, onu iştirak ərizəsində başqası əvəz edə bilər bilər.

Qeyd edək ki, "Qarabağ" noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada "Napoli" ilə qarşılaşacaq. Matç Bakı vaxtilə 00:00-da start götürəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər