"Qarabağ" Maradonanın anım günü meydana çıxır
Tarix: 25-11-2025 09:26 | Bölmə: İdman
"Qarabağ" Maradonanın anım günü meydana çıxır

“Mənə xəbər verdilər ki, Maradonanın ölüm günündə oynayacağıq”.

Reyting.az
xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İtaliyada “Napoli” ilə keçiriləcək UEFA Çempionlar Liqasının 5-ci tur matçından öncə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qalib gəlmək üçün çox güc sərf edəcəklər:  "Həmçinin Antonio Kontenin qələbə qazanaraq bunu Maradonaya həsr etmək istədiklərini deməsini də oxudum. Bu, həm bizə, həm də onlara əlavə motivasiyadır. Bu gün sanki hamı Maradonanın anım gününə fokuslanıb. Çox diqqətli və əzmkar olmalıyıq. Yaxşı çıxış etmək üçün şansımız var. Çox səy göstərməliyik. Hiss edirəm ki, Neapol təmsilçisi sabah Maradonanın ildönümünə görə qələbə qazanmaqda israrlıdır. Buna xüsusi diqqət yetirmişik. Adətən, böyük komandalara qarşı oynayarkən statistikaya çox əhəmiyyət vermirik. “Napoli” böyük komandadır və əla məşqçisi, eləcə də möhtəşəm azarkeşləri var. Onlar bu il öz meydanlarında uduzmayıblar”.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə saat 00:00-da  "Stadio Diego Armando Maradona" stadionunda başlayacaq.




Bölməyə aid digər xəbərlər