17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Arsen Venqer Yaponiya klubuna baş məşqçi gedə bilər
Tarix: 29-05-2019 01:41 | Bölmə: İdman
Arsen Venqer Yaponiya klubuna baş məşqçi gedə bilər

69 yaşlı Arsen Venqer Yaponiyanın “Vissel Kobe” klubunun baş məşqçi postunu tuta bilər.

Reyting.az bildirir ki, “Independent”in məlumatına görə, Asiya klubunun nümayəndələri artıq tanınmış mütəxəssislə ilkin danışıq aparıblar.

“Vissel Kobe” klubunun şərəfini tanınmış oyunçular – hücumçu David Vilya və Lukas Podolski, yarımmüdafiəçi Andres İnyesta qoruyur.

Qeyd edək ki, Arsen Venqer əvvəllər Yaponiyada işləyib və 1995/96- cı il mövsümündə “Naqoya Qrampus” klubuna rəhbərlik edib.

Venqer 22 il Londonun “Arsenal” klubunun baş məşqçisi olub. O, komandanı 2017/18-ci il mövsümünün sonunda tərk edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}