Kuman “Barselona”ya baş məşqçi gedəcək?
Tarix: 29-05-2019 01:53 | Bölmə: İdman
Kuman “Barselona”ya baş məşqçi gedəcək?

Hollandiya millisinin baş məşqçisi Ronald Kuman “Barselona”ya keçəcəyi ilə bağlı xəbəri təkzib etməyib.

“Mən asanlıqla bu informasiyanı təkzib edə bilərəm, amma bunu etməyəcəyəm. Bizim mətbuat konfransı Hollandiya millisinin oyununa həsr olunub. Ona görə gəlin bu haqda danışaq”, - Reyting.az xarici mediaya istinadən bildirir ki, Kuman belə deyib.

Bundan əvvəl Kataloniya klubunun rəhbərliyinin Ernesto Valverdeni baş məşqçi postundan istefaya göndərəcəyi haqda məlumat yayılıb. Buna səbəb kimi, komandanın Çempionlar liqasının finalına çıxa bilməməsi və İspaniya Kubokunun finalında məğlub olması göstərilir.

Qeyd edək ki, Kuman oyunçu kimi 1989-cu ildən 1995-ci ilədək Kataloniya klubunda çıxış edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}