07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Lukaku “Mançester Yunayted”dən gedə bilər - Səbəb
Tarix: 30-05-2019 18:29 | Bölmə: İdman
Lukaku “Mançester Yunayted”dən gedə bilər

“Mançester Yunayted”in hücumçusu Romelu Lukaku komandadakı gələcəyini müzakirə etmək üçün rəhbərliklə görüşüb.

Reyting.az xarici mediaya istinadla bildirir ki, İngiltərə klubunun bossları əgər 26 yaşlı futbolçu yayda komandanı tərk etməklə bağlı qərar verərsə, onu saxlamaq niyyətində olmadıqlarını söyləyiblər.

Qeyd edilir ki, “Mançester Yunayted” əgər 85 milyon avro kompensasiya alarlarsa, Lukakunu satmağa hazırdırlar. Klub iki il əvvəl belçikalıya görə “Everton”a məhz bu qədər ödəyib.

Bundan əvvəl xəbər verilib ki, yaxın günlərdə “İnter”lə müqavilə imzalayacaq Konte Milan klubunun rəhbərliyindən Lukakunu “Mançester Yunayted”dən transfer etmələrini istəyib.

Xatırladaq ki, Lukaku “Mançester Yunayted”ə 2017-ci ilin iyul ayında “Everton”dan 84,7 milyon avroya keçib. Belçikalı İngiltərə klubunun heyətində bütün turnirlərdə 96 oyun keçirib, 42 qol vurub və 13 məhsuldar ötürmə verib.

Onun klubla müqaviləsi 2021/22-ci il mövsümünün sonuna qədər nəzərdə tutulur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}