Türkiyə millisi Yunanıstanı məğlub etdi
Tarix: 31-05-2019 00:55 | Bölmə: İdman
Türkiyə millisi Yunanıstanı məğlub etdi

Futbol üzrə Türkiyə milli komandası Avropa çempionatı qrup mərhələsində qarşılaşacağı Fransa və İslandiya oyunlarından əvvəl Yunanıstanı qonaq edib.

Reyting.az xəbər verir ki, Anatlayada oynanılan yoldaşlıq qarşılaşmasında Türkiyə millisi 2:1 hesabı ilə qalib gəlib.

Türkiyənin qollarının 11-ci dəqiqədə Cengiz Ünder və 17-ci dəqiqədə Kenan Karaman vurub.

Yunanıstan millisinin heyətində əsas vaxta əlavə edilən 3-cü dəqiqədə Kourbelis fərqlənib.

Türkiyə iyunun 2-də Özbəkistan ilə də yoldaşlıq oyunu keçirəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}