“Çelsi” Koutinyonu əldə etmək istəyir
Tarix: 31-05-2019 18:17 | Bölmə: İdman
“Çelsi” Koutinyonu əldə etmək istəyir

“Barselona”nın yarımmüdafiəçisi karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

Reyting.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, braziliyalı Filipe Koutinyo bu yay “Çelsi”nin əsas transfer hədəflərindən biridir.

“Çelsi”nin rəhbərliyi braziliyalını Avropa liqasının finalından sonra London klubunu tərk edən Eden Azarın yerinə əvəz kimi görülür.

Qeyd edilir ki, Koutinyonun transferi əgər Maurisio Sarri “Çelsi”nin baş məşqçi postundan getsə belə baş tutacaq.

26 yaşlı Koutinyo “Barselona”da 2018-ci ilin yanvar ayından oynayır. O, Kataloniya klubuna 145 milyon avro müqabilində “Liverpul”dan keçib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}