Messi karyerasını millidə mükafat qazanmaqla başa vurmaq istəyir
Tarix: 01-06-2019 18:03 | Bölmə: İdman
Messi karyerasını millidə mükafat qazanmaqla başa vurmaq istəyir

“Barselona” və Argentina millisinin kapitanı Lionel Messi etiraf edib ki, idman karyerasını başa vurmazdan əvvəl milli komanda ilə mükafat qazanmaq istəyir.

Reyting.az xəbər verir ki, argentinalı mükafat qazanmaq şansını iyunun 140dən iyulun 7-dək Braziliyada keçiriləcək Amerika Kubokunda əldə edəcək.

Argentina millisi qrup mərhələsində Kolumbiya, Paraqvay və Qətərilə oynayacaq.

“Karyeramı Argentina ilə nəsə qazanmaqla başa vurmaq istəyirəm. Arzuma çatmaq üçün cəhd edəcəm, mübarizə aparacağam”, - Messi vurğulayıb.

Xatırladaq ki, 3 il əvvəl ABŞ-da keçirilən Amerika Kubokunda Argentina ikinci olub. Komanda o zaman finalda onbimetrlik zərbələr nəticəsində Çiliyə uduzub. Messi o vaxt 11 metrliyi dəqiq yerinə yetirməmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}