Qattuzo “Latsio”nun baş məşqçisi ola bilər
Tarix: 01-06-2019 18:49 | Bölmə: İdman
Qattuzo “Latsio”nun baş məşqçisi ola bilər

“Milan”ın keçmiş baş məşqçisi Cennaro Qattuzo “Latsio”nu çalışdıra bilər.

Reyting.az bildirir ki, İtaliya KİV-lərinin məlumatına görə, Roma klubu artıq 41 yaşlı mütəxəssislə əlaqə saxlayıb və mümkün təyinat müzakirə edilib.

Eyni zamanda, “Latsio”nun indiki baş məşqçisinin gələcəyi hələ ki aydın deyil. Mütəxəssisin özünün sözlərinə görə, digər komandalardan cəlbedici təklif alıb.

Qattuzo bu həftə “Milan”ın baş məşqçisi postunu tərk edib. Onun komandası başa çatan mövsümdə 5-ci yeri tutub və beləliklə 2019/20-ci il mövsümündə Çempionlar liqasında oynamaq şansı əldə etməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}