Futbolçuya sanksiya qoyulub
Tarix: 06-06-2019 16:20 | Bölmə: İdman
Futbolçuya sanksiya qoyulub

Gürcüstan Futbol Federasiyasının İntizam və futbol mübahisələri üzrə komissiyasının iclası keçirilib.

İclasda danışılmış oyunlara görə saxlanılan futbolçuların məsələsinə baxılıb.

Toplantıda həmin futbolçulardan 5-nin futbol fəaliyyətinə qadağanı nəzərdə tutan sanksiya qoyulub. “WIT Georgia” klubunun üzvü olan futbolçular arasında vaxtilə Azərbaycanın “Turan” komandasında çıxış etmiş Nikoloz Maisuradze də var.

Komissiyanın digər qərarı ilə “WIT Georgia” futbol klubu 6 xal itirib və 50 min lari (18 min dollardan çox) məbləğində cərimə olunub.

Xatırladaq ki, mayın 20-də Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti futbol oyunlarının nəticəsinin manipulyasiyasında şübhəli bilinən 11 nəfəri saxlayıb. Mayın 22-də keçirilmiş məhkəmənin qərarı ilə onların 4-ü həbs olunub, 7-sinin hər birinə qarşı 10 min lari məbləğində cərimə təyin olunub. N.Maisuradze də cərimələnən futbolçular arasında yer alıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}