"Qarabağ" - "Partizani" oyununun biletləri satışa çıxarılıb
Tarix: 11-07-2019 16:49 | Bölmə: İdman
"Qarabağ" - "Partizani" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya "Partizani"si ilə keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.

Reyting.az
xəbər verir ki, ən ucuz biletə 2 manat qiymət qoyulub. Satışda 5 manat, 10 manat və VİP sektora 50 manata da biletlər mövcuddur. Onları Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN Xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən əldə etmək olar.

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" matçı saat 21:00-da start götürəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}