07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
"Çekist" bu ölkədə futbol təşkilatının başçısı oldu
Tarix: 16-07-2019 00:00 | Bölmə: İdman
"Çekist" bu ölkədə futbol təşkilatının başçısı oldu

Özbəkistan Futbol Assosiasiyasının prezidenti növbədənkənar konfransda yekdilliklə Dövlət Təhlükəsizlik Xidmətinin başçısı Abdusalom Azizov seçilib.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu vəzifədə həll edəcəyi əsas məsələ danışılmış oyunlar problemini həll etməkdir.

Çoxları ehtimal edirdi ki, assosiasiyanın prezidenti 4 dəfə Asiyanın ən yaxşısı seçilən tanınmış futbol hakimi Ravşan İrmatov olacaq. Ancaq ona assosiasiyanın birinci vitse-prezidenti postu qismət olub.

Təşkilatın vitse-prezidenti isə daxili işlər nazirinin müavini Muxiddin Juraev seçilib.

Maraqlıdır ki, assosiasiyanın əvvəlki rəhbəri Rustam İnoyatov respublika tenniz federasiyasına başçılıq edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}