10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Neymar PSJ-dən gedir
Tarix: 16-07-2019 13:39 | Bölmə: İdman
Neymar PSJ-dən gedir

27 yaşlı braziliyalının iyulun 15-də Paris klubunun idman direktoru Leonardo ilə görüşü olub.

Reyting.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, o, Neymarı klubda qalması üçün dilə tutub.

Buna baxmayaraq, firvard deyib ki, PSJ-ni tərk etməyə hazırlaşır. Onun karyerasını davam etdirəcəyi ən çox ehtimal edilən yer “Barselona”ya qayıdışıdır.

Futbolçu Parisə iyulun 8-də gəlməli idi. Məlumata görə, Neymar “Barselona”ya keçidi ilə bağlı danışıqların ləngiməsindən narazı qalıb və məşqlərdən imtina edib.

Neymar ötən mövsüm PSJ-nin heyətində Fransa çempionatında 17 oyun keçirib. O, 15 qol vurub və 7 məhsuldar ötürmə verib.

Neymar PSJ-də 2017-ci ilin yayından çıxış edir. O zaman braziliyalının transferi üçün parislilər “Barselona”ya rekord məbləğ – 222 milyon avro ödəyiblər.

O, indiki klubu ilə iki dəfə Fransa çempionatının qalibi olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}