Keçmiş futbolçu güllələndi
Tarix: 16-07-2019 14:25 | Bölmə: İdman
Keçmiş futbolçu güllələndi

Yohannesburqda baş verən dəhşətli insident keçmiş futbolçu Mark Batçelorun ölümü bahasına başa gəlib.

Reyting.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, iyulun 15-də axşam motosikletdə olan iki cinayətkar Batçelorun avtomobilinə atəş açıblar.

Cinayət Cənubi Afrika Respublikası millisinin keçmiş oyunçusunun evində, o, bura qayıdanda baş verib.

Mark aldığı yaralardan cinayət yerində ölüb. Polisdən verilən məlumata görə, atəş avtomatdan açılıb, keçmiş futbolçuya 7 güllə dəyib.

“O, öz avtomobilində ölüb, cinayətkarlar heç nə oğurlamayıblar. Qətlin səbəbi müəyyənləşdirilir”, - Yohannesburq polisi belə açıqlama verib.

Qeyd etmək lazımdır ki, Batçelorun adı futbolçu karyerası zamanı tez-tez qanunu pozmaqda hallanıb, onu yerli kriminal avtoritetlərlə bağlılıqda qınayıblar. Qətlin səbəbinin də bu olduğu bildirilir.

Xatırladaq ki, Batçelor yerli “Kayzer Çifs” komandasının əfsanəsi olub. O, Cənubi Afrika Respublikası milisinin də şərəfini qoruyub.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}