16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Neftçi" "Arsenal"a maraqlı sual ünvanladı: "Samovarımızı özümüzlə gətirə bilərik?"
Tarix: 19-07-2019 15:41 | Bölmə: İdman
"Neftçi" "Arsenal"a maraqlı sual ünvanladı: "Samovarımızı özümüzlə gətirə bilərik?"

UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq “Neftçi” və Rusiyanın “Arsenal” klubları arasında yazışma olub.

Bakılılar “Twitter”də rəqibini salamlayaraq sual veriblər: “Samovarımızı özümüzlə gətirə bilərik?” Tula təmsilçisinin cavabı isə belə olub: “Samovarı götürün, pryaniklə biz təmin edərik”.

Qeyd edək ki, ilk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}