EYOF: Azərbaycan güləşçiləri 4-cü qızıl medalı qazanıb
Tarix: 22-07-2019 17:20 | Bölmə: İdman
EYOF: Azərbaycan güləşçiləri 4-cü qızıl medalı qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Rusiya təmsilçisi Maqomed Qiqiyevlə üz-üzə gəlib. Cəfərov qələbə qazanaraq qızıl medala sahib olub. Bu isə Azərbaycan güləşçilərinin 4-cü qızıl medalıdır.

Bu gün digər yunan-Roma güləşçisi Qurban Qurbanov (48 kq) da qızıl medal əldə edib. Azərbaycanın daha üç güləşçisi final, biri isə bürünc medal uğrunda görüşünə çıxacaq.

Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl, Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib/Report.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
26-11-2019, 13:34 AFFA klublara cəza kəsdi

{sape_links}{sape_article}