23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Azərbaycan cüdoçusu gümüş medal qazandı
Tarix: 25-07-2019 18:08 | Bölmə: İdman
Azərbaycan cüdoçusu gümüş medal qazandı

Azərbaycan cüdoçusu Vüqar Talıbov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə italiyalı Luici Sentasshini ilə üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan Talıbov gümüş medalla kifayətlənib.

66 kq-da yarışan Mətin Rzazadə üçüncü yer uğrunda görüşdə macarıstanlı Daniel Zeqediyə uduzub.

Qadın cüdoçu Aytac Qardaşxanlı üçüncü yer uğrunda qarşılaşmadan məğlub ayrılıb. 57 kq-dakı cüdoçu Almaniya təmsilçisi Samira Bokun müqavimətini qıra bilməyib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk yarış günündə 1 qızıl, iki bürünc medal əldə ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}