Beynəlxalq dərəcəli hakim növbəti təyinatını alıb
Tarix: 21-09-2019 14:22 | Bölmə: İdman
Beynəlxalq dərəcəli hakim növbəti təyinatını alıb

Ağır atletika üzrə beynəlxalq dərəcəli hakim Vahid Nəzərov növbəti təyinatını alıb.

Reyting.az
Unikal.org-a istinadla xəbər verir ki, 60 yaşlı mütəxəssis Tokio-2020 Yay Olimpiya Oyunlarda iştirak edəcək.

V. Nəzərov 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək XXXII Yay Olimpiya Oyunlarında hakimlər briqadasında yer alacaq. O, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 4 illiyin ən möhtəşəm yarışında ədaləti qoruyacaq 20 referidən biri olacaq.

Bununla da V. Nəzərov Olimpiadada ikinci sınağına çıxacaq. O, daha öncə London-2012 Yay Olimpiya Oyunlarında iş başında olub. Təmsilçimiz həmçinin Sinqapur-2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da eyni funksiyanı yerinə yetirib.

Qeyd edək ki, həmyerlimiz hazırda Tailandın Pattaya şəhərində keçirilən dünya çempionatında münsiflər heyətinin üzvü və hakim-komissar kimi çalışır. Təcrübəli mütəxəssis yarış zamanı hakimlərin işinə qiymət verəcək. O, dünya çempionatında bu vəzifəni icra edəcək ilk azərbaycanlıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}