14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Avropa çempionatı: Azərbaycan millisi İsveçrəyə qalib gəlib
Tarix: 31-10-2019 23:55 | Bölmə: İdman
Avropa çempionatı: Azərbaycan millisi İsveçrəyə qalib gəlib

Kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığması Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti görüşünü başa vurub.

Komanda VII turda İsveçrə kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 2,5:1,5. Eltac Səfərli və Qədir Hüseynov rəqiblərini məğlub edib. Rauf Məmmədov uduzub, Şəhriyar Məmmədyarov isə görüşünü heç-heçə başa vurub. Qələbə nəticəsində Azərbaycan yığması 11-ci xalını qazanıb.

Qadınlardan ibarət milli komanda hazırda meydan sahibi Gürcüstanla qarşılaşır. Xanım Balacayeva rəqibi ilə xalları yarı bölüb, digər bütün qarşılaşmalar davam edir.

Azərbaycan - İsveçrə - 2,5:1,5

Şəhriyar Məmmədyarov - Sebastyan Boqner - 0,5:0,5

Rauf Məmmədov - Yannik Pelletye - 0:1

Qədir Hüseynov - Niko Georgiadis - 1:0

Eltac Səfərli - Oliver Kurmann - 1:0

Gürcüstan - Azərbaycan - 3:1

Nana Dzaqnidze - Günay Məmmədzadə - 1:0

Lela Cavaxişvili - Xanım Balacayeva - 0,5:0,5

Bela Xotenaşvili - Gülnar Məmmədova - 1:0

Meri Arabidze - Türkan Məmmədyarova - 0,5:0,5

Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}