Virus səbəbindən Olimpiya Təsnifat Turniri Çindən alınıb
Tarix: 25-01-2020 10:57 | Bölmə: İdman
Virus səbəbindən Olimpiya Təsnifat Turniri Çindən alınıb

Boks üzrə Olimpiya Təsnifat Turnirlərinin proqramında dəyişiklik edilib.

Reyting.az
-ın məlumatına görə, Asiya və Okeaniya zonası üzrə turnirin keçirilmə yeri və vaxtı dəyişdirilib.

Yarış Çində deyil, İordaniyada təşkil olunacaq. Turnirin Uxanda keçirilməməsinə səbəb təhlükəli virusun yayılmasıdır. Artıq 26 nəfər bu səbəbdən dünyasını dəyişib.

Fevralın 3-14-də Uxanda təşkil olunması planlaşdırılan yarış martda keçiriləcək. Ammandakı turnir ayın 3-11-də baş tutacaq.

Qeyd edək ki, Asiya və Okeaniya üzrə Olimpiya Təsnifat Turnirində Tokio-2020-yə 63 lisenziya sahibini tapacaq.(ApaSport)скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}