07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Qurban Qurbanov: "Bu qədər qol olacağını düşünmürdük"
Tarix: 15-02-2020 17:40 | Bölmə: İdman
Qurban Qurbanov: "Bu qədər qol olacağını düşünmürdük"

"Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən çox istəkli idilər".

Bunları “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, matçın startından yaxşı hücumları oldu:

"Hər şey istədiyimiz kimi alındı. Bu qədər qol olacağını düşünmürdük. Ancaq bəzən belə hallar olur. Hər bir halda, “Zirə”dən ehtiyatlanırdıq. Son oyunumuzda heç-heçə qeydə alınmışdı. İlk dəqiqələrdən hiss olundu ki, yaxşı hazırlaşmışıq. Vacib 3 xal qazandıq".

Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}