09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Milli Paralimpiya Komitəsində seçki - Rəhbərlik yenidən formalaşdırılıb
Tarix: 21-02-2020 14:49 | Bölmə: İdman
Milli Paralimpiya Komitəsində seçki - Rəhbərlik yenidən formalaşdırılıb

Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) Ümimi yığıncağı keçirilib.

MPK-dan Reyting.az-a verilən məlumata görə, Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunmuş toplantının gündəliyində qurumun Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar görülən işlər, Nizamnamədə dəyişikliklərinin təsdiq olunması və təşkilatı məsələlər yer alıb.

Yığıncaqda təşkilati məsələlərə də baxılıb. Üzvlərin səsverməsi nəticəsində MPK-nin I vitse-prezidenti Natiq Qasımov vəzifəsindən azad edilib, Yaşar Hacıyev isə vitse-prezident vəzifəsinə seçilib. MPK-nin İcraiyyə Komitəsi isə aşağıdakı tərkibdə seçilib.

Rəhimov İlqar Elxan oğlu - ARMPK-nin prezidenti, İcraiyyə komitəsinin sədri

Zəkiyev İlham Əizağa oğlu - ARMPK-nin vitse prezidenti

Hacıyev Yaşar Fərəc oğlu - ARMPK-nin vitse prezidenti Sumqayıt Paralimpiya İdman Kompleksinin direktoru

Məmmədov Kamal Cabir oğlu - ARMPK-nin baş katibi

Sultanova Afaq Vaqif qızı - Cüdo üzrə Paralimpiya çempionu

Kərimova Vüsalə Akif qızı- Əlil İdmançılara dəstək” İB-nin baş katibi, Əlil arabasında idman rəqsi, idmançı

Sadıxov Sadıx Asəf oğlu - “Neftçi” İC icraçı direktoru

Məmmədov Aydın Ağaəli oğlu - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin seKtor müdiri

Abdullayev Səmyar Abdulla oğlu - Gözdən Əlillər Cəmiyyətinin prezidenti,

Kərimov Mehman Bayram oğlu - Milli Olimpiya Komitəsinin şöbə müdiri

Abbasova Səlhət Manaf qızı - Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının məsul katibi




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər