14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
"Fənərbaxça" 20 ildən sonra evində "Qalatasaray"a uduzub
Tarix: 23-02-2020 22:23 | Bölmə: İdman
"Fənərbaxça" 20 ildən sonra evində "Qalatasaray"a uduzub

Bu gün Türkiyə superliqasında "Fənərbaxça" evində "Qalatasaray"la qarşılaşıb.

Gərgin keçən matçın 84-cü dəqiqəsində hər iki komandadan bir oyunçu (Turunc və Belhanda) qırmızı kartla meydandan qovulub. Bununla yanaşı, "Fənər"in  baş məşqçısi Ərsun Yanal da 67-ci dəqiqədə qırımız kartla meydandan çıxarılıb.

Oyuna gəldikdə isə, ev sahibləri Krusenin 21-ci dəqiqədə penaltidən vurduğu qolla hesabı açsa da, "Aslan"lar 40-cı dəqiqədə Donk, 80-də penaltidən Falkao və 90+6-cı dəqiqədə isə Onyekurunun qolları ilə derbidən qalib ayrılıblar - 1:3.

Qeyd edək ki, "Fənərbaxça" 20 il ildir evində 3 böyüklərə - "Qalatasaray", "Beşiktaş" və "Trabzonspor"a məğlub olmurdu. Lakin "Qalatasaray" bu gün bu məğlubiyyətsizlik seriyasını pozaraq, daha bir tarix yazıb.  

Bu qələbə sayəsində "Qalatasaray" 45 xalla 2-ci pilləyə yerləşib. "Fənərbaxça" isə 38 xalla 6-cı yerdə qərarlaşıb/Mia.az.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}