Elçin Məsiyev Çempionlar Liqası oyununa təyinat alıb
Tarix: 18-07-2025 10:10 | Bölmə: İdman
Elçin Məsiyev Çempionlar Liqası oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Reyting.az
xəbər verir ki, referi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) - “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş iyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib