Avropa Liqası: "Sabah" məğlub olub
Tarix: 10-07-2025 22:28 | Bölmə: İdman
Avropa Liqası: "Sabah" məğlub olub

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Sabah" "Sele" ilə qarşılaşıb.

Reyting.az
xəbər verir ki, komandamız son dəqiqə qolu ilə məğlub olub - 2:3

Oyuna gəldikdə hesabı komandamız açıb. 3-cü dəqiqədə Pavol Şafranko qapı torunu silkələyib.

7-ci dəqiqədə rəqib hesabı bərabərləşdirib - 1:1.

18-ci dəqiqədə "Sabah" yenə önə çıxıb - 2:1.

"Sele" 48-də  hesaba tarazlıq gətirib - 2:2.

Darko Hrka isə 90+3-də qələbə qoluna imza atıb. Beləliklə, rəqib cavab oyununa üstün çıxacaq.

Xatırladaq ki, cavab oyunu iyulun 17-də Sloveniyada keçiriləcək(mia.az).




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib