“Neftçi” bu gün Polşdada ilk yoxlama oyununu keçirəcək
Tarix: 17-07-2025 11:49 | Bölmə: İdman
“Neftçi” bu gün Polşdada ilk yoxlama oyununu keçirəcək

Yeni mövsümə hazırlıqlarını Polşada davam etdirən “Neftçi” bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək.

Reyting.az
xəbər verir ki, Samir Abasovun başçılıq etdiyi kollektiv İsrailin “Hapoel” (Təl-Əviv) klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində “ağ-qaralar” daha üç sınaq görüşü keçirəcək. Paytaxt təmsilçisi iyulun 22-də Polşanın “Termalika”, iyulun 27-də Yunanıstanın “Asteras”, avqustun 1-də isə Kiprin AEL komandası ilə üz-üzə gələcək.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib