Rusiya Avropa üçün real təhlükəyə çevrilir
Tarix: 01-08-2025 17:29 | Bölmə: Dünya
Rusiya Avropa üçün real təhlükəyə çevrilir

“Beş ildən sonra Rusiya Avropa üçün real təhlükəyə çevrilə bilər”.

Reyting.az
xəbər verir ki, bunu Fransanın Baş Qərargah rəisi Thierry Burkhard Britaniyanın “The Economist” qəzetinə Avropadakı hərbi vəziyyəti şərh edərkən deyib.

Generalın fikrincə, avropalıların hərbi üsulları inkişaf etməli və yeni şəraitə uyğunlaşmalıdır.

O, həmçinin qeyd edib ki, münaqişədə rus xalqı avropalılardan öndədir: "Onun təcrübəsi, sayı və dözümlülüyü üstündür və bu, rus ordusunu effektiv edir. Bu isə təhlükədən xəbər verir".

Burkhard ABŞ-nın Avropanı tərk etməyəcəyinə inanır. O, həmçinin Fransa, Böyük Britaniya və Almaniya arasında gələcəkdə təsir rıçaqına çevriləcək münasibətlərin inkişafına da ümid bəsləyir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər