17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"Fənərbaxça"nın baş məşqçisi istefa verib? - Yenilənib
Tarix: 23-02-2020 23:53 | Bölmə: İdman
"Fənərbaxça"nın baş məşqçisi istefa verib?

"Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal istefa verib.

Reyting.az
-ın məlumatına görə, buna komandanın Türkiyə Super Liqasının XXIII turunda "Qalatasaray"a məğlubiyyəti (1:3) səbəb olub.

Yerli mətbuat Kadıköydə 21 ildən sonra "Qalatasaray"a yenilən "sarı-lacivərdlilər"də çalışdırıcının istefa verdiyini yayıb. Lakin bu barədə hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, "Fənərbaxça" hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.

***

"Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal istefa verməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Apasport-un məlumatına görə, 59 yaşlı mütəxəssis Super Liqanın XXIII turunda "Qalatasaray"a 1:3 hesablı məğlubiyyətdən sonra istefa ərizəsini rəhbərliyə təqdim etməsi ilə bağlı gəzən söz-söhbəti təkzib edib.

Təcrübəli mütəxəssis "Fənərbaxça"dan ayrılmaq niyyətində olmadığını vurğulayıb: "İstefamdan söhbət gedə bilməz. Sona qədər mübarizəni davam etdirəcəyik".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}