09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
AFFA klubları cəzalandırdı - Sİyahı
Tarix: 25-02-2020 15:40 | Bölmə: İdman
AFFA klubları cəzalandırdı

AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Mahir Emrelini bir oyunluq cəzalandırıb.

Reyting.az
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna 23 yaşlı hücumçunun Premyer Liqanın XVIII turunda evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub.

Ağdam təmsilçisi bunun üçün 200 manat ödəyəcək. Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Qarabağ” klubu 400 manat cərimə olunub.

"Sabah"in futbolçusu Yevgeni Koçuk isə iki oyunluq cəza alıb. Moldovalı yarımmüdafiəçi eyni turda "Səbail"lə qolsuz heç-heçə etdikləri oyunda kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Görüşdə xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Sabah” 800 manat cərimə olunur.

“Qəbələ” – “Neftçi” (0:2) görüşünün oyunöncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Qəbələ” klubuna 400 manat məbləğində cəza kəsilib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər