Qətər Qran-prisi ləğv edilib - Koronavirusa görə
Tarix: 02-03-2020 11:24 | Bölmə: İdman
 Qətər Qran-prisi ləğv edilib - Koronavirusa görə

MotoGP üzrə martın 8-də keçirilməli olan Qətər Qran-prisi ləğv edilib.

Buna koronavirus epidemiyası səbəb olub. Bildirilib ki, koronavirusun dünyada yayılması Qətərin digər ölkələrlə, o cümlədən İtaliya ilə əlaqəsini məhdudlaşdırıb: "İtaliyadan gələn bütün sərnişinlər 14 günlük karantindən keçməlidirlər. Əlbəttə, İtaliya MotoGP-də əsas rol oynayır. Buna görə bütün yarışların ləğv edilməsi qərara alındı".

Moto2 ilə Moto3 pilotları sınaq üçün Qətərdədir. Bu yarışların 6 - 8 martda keçirilməsi planlaşdırılıb.

Qətərdəki MotoGP ləğv olunduğu üçün mövsümün ilk mərhələsi 20 - 22 martda Taylandda keçirilməli idi. Lakin bu yarış qeyri-müəyyən vaxta təxirə salınıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}