Bakıdakı dünya çempionatı təxirə salınıb
Tarix: 23-03-2020 13:07 | Bölmə: İdman
Bakıdakı dünya çempionatı təxirə salınıb

Bakıda keçirilməli olan aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı təxirə salınıb.

Reyting.az
xəbər verir ki, bunu Beynəlxalq Gimnastika Federasiyası (FİG) açıqlayıb.

Mayın 14-16-da baş tutmalı olan yarış qeyri-müəyyən müddətə keçirilib. Buna koronavirus pandemiyası səbəb olub. Həmçinin 9-cu Dünya Yaş Qrupu yarışı da təxirə düşüb.

Bildirilir ki, hazırda FİG və Azərbaycan Gimnastika Federasiyası arasında yarışın keçirilməsi tarixi ilə bağlı uyğun variant barədə müzakirələr aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}