15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
"Valensiya" klubunda 25 nəfər koronavirusa yoluxub
Tarix: 28-03-2020 15:04 | Bölmə: İdman
"Valensiya" klubunda 25 nəfər koronavirusa yoluxub

İspaniyanın "Valensiya" klubunda koronavirusa yeni yoluxma halları qeydə alınıb.

"Marca" xəbər verir ki, bununla da "yarasalar"dan infeksiya daşıyıcılarının sayı 25-ə çatıb.

Onlardan 10 nəfərin əsas komandanın futbolçusu olduğu bildirilir. 15 nəfər isə klubun digər əməkdaşlarıdır.

Qeyd edək ki, buna qədər La Liqa təmsilçisinin cəmi 3 üzvündə - Esekyel Qaray, Elyakim Manqala və Luis Qayada koronavirus aşkarlanmışdı/Report.




Bölməyə aid digər xəbərlər
16-01-2025, 16:26 Rafael Ağayev istefa verib
22-12-2024, 15:57 "Sabah" "Şamaxı"ya uduzub