Almaniya futbol klublarında koronavirusa yeni yoluxanlar var
Tarix: 04-05-2020 18:37 | Bölmə: İdman
Almaniya futbol klublarında koronavirusa yeni yoluxanlar var

Almaniya Futbol Liqası (DFL) klublardakı koronavirus testlərinin nəticələrini açıqlayıb.

Məlumata görə, əsas və II Bundesliqada ümumilikdə 1724 nəfərdən götürülmüş analizlərdən sonra virusa 10 yoluxma halı aşkarlanıb.

Futbolçularla yanaşı, klubların digər əməkdaşları da testdən keçiriliblər.

Bildirilib ki, bu həftə analizlərin ikinci mərhələsi olacaq və nəticələr barədə daha sonra məlumat veriləcək. Yeni yoluxma olmayacağı təqdirdə komandalara qrup şəklində məşqlərə başlamaq icazəsi veriləcək.

Daha sonra futbolçular sərbəst şəkildə testdən keçə biləcəklər. Məşqlər bərpa olunduqdan sonra isə oyunçulardan həftədə iki dəfə analiz götürüləcək.

Qeyd edək ki, Almaniyada daha əvvəl bəzi klubların futbolçularında virusun simptomları aşkarlanıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}