Braziliya çempionatında mövsüm ləğv olundu
Tarix: 05-05-2020 20:59 | Bölmə: İdman
Braziliya çempionatında mövsüm ləğv olundu

Braziliya basketbol liqasında 2019-2020 mövsümü davam etdirilməyəcək.

"Report"un yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, koronavirus pandemiyasına görə təxirə salınan çempionat ləğv olunub.

Bununla bağlı qərar klubların ümumi razılığından sonra qəbul olunub.

Bildirilib ki, ölkəni beynəlxalq yarışlarda təmsil edəcək komandalar hazırkı sıralamaya əsasən müəyyənləşəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}