14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Milli komandaların oyunlarına azarkeşlər buraxılmayacaq
Tarix: 13-05-2020 16:57 | Bölmə: İdman
Milli komandaların oyunlarına azarkeşlər buraxılmayacaq

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə milli komandaların 2020-ci ilin sonunadək keçirəcəyi oyunlara azarkeşlər buraxılmayacaq.

Məlumata görə, UEFA bununla bağlı bu gün quruma üzv olan 55 milli assosiasiyanı məlumatlandıracaq.

Yerli federasiyalara builki oyunlarda izdihamın olmaması üçün müvafiq tapşırıq veriləcək.

Bu, Azərbaycan yığmasının da iştirak edəcəyi Millətlər Liqasının sentyabrda startı nəzərdə tutulan yeni mövsümünə, həmçinin AVRO-2020-nin oktyabr və noyabr aylarında keçirilməsi planlaşdırılan pley-off oyunlarına şamil olunacaq.

Qeyd edək ki, bu mövsüm Millətlər Liqasının C liqasında mübarizə aparmalı olan Azərbaycan yığması Lüksemburq, Kipr və Monteneqro ilə birlikdə I qrupda yer alıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}