Azərbaycanda futbolçuların salamlaşması ləğv olundu, toplar dezinfeksiya ediləcək
Tarix: 05-06-2020 15:38 | Bölmə: İdman
Azərbaycanda futbolçuların salamlaşması ləğv olundu, toplar dezinfeksiya ediləcək

Peşəkar Futbol Liqası Azərbaycan çempionatının və kubokunun son oyunları ilə bağlı Əsasnaməyə edilən əlavələri açıqlayıb.

Reyting.az-
ın məlumatına görə, koronavirus pandemiyası səbəbindən rəsmiləşən dəyişikliyə əsasən matçların start fitindən əvvəl komandalar bəzi tələblərə əməl etməli olacaqlar.

Onlardan biri salamlaşmanın ləğvidir. Oyunlardan əvvəl sosial məsafənin qorunması üçün futbolçular və hakimlər görüşməyəcəklər. Həmçinin vimpel dəyişdirmək və kollektiv şəkil çəkdirməyə də icazə yoxdur.

Bundan başqa, qarşılaşmaların yan xətt hakimləri oyuna tibbi maska ilə çıxacaqlar.

Mübahisəli top epizodunda hakim meydandakı topu əlinə götürməyəcək. Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}