Azərbaycan komandalarının potensial rəqibləri azalıb
Tarix: 10-08-2020 08:49 | Bölmə: İdman
Azərbaycan komandalarının potensial rəqibləri azalıb

Avropa Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimiz "Neftçi” və "Keşlə"nin potensial rəqiblərinin sayı 3-ə enib.

Reyting.az
xəbər verir ki, səpələnmişlər səbətində yer alan bu komandalarımız nisbətən zəif rəqiblərlə - Şimali Makedoniyanın "Şkupi”, Albaniyanın "Laçi” və Gürcüstanın "Dinamo” (Batumi) klublarından biri ilə qarşılaşacaqlar.

Səpələnməmişlər səbətində yer alan "Sumqayıt" isə Rumıniyanın "Universitatya Krayova", Qazaxıstanın "Kayrat", Şimali Makedoniyanın "Şkendiya" və Serbiyanın "Baçka Topola" klublarından birinə rəqib olacaq.

Qeyd edək ki, bu gün keçiriləcək 1-ci təsnifat mərhələsinin püşkü Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}