Donald Trampın adı insan alverində hallanır
Tarix: 08-06-2025 10:50 | Bölmə: Siyasət
Donald Trampın adı insan alverində hallanır

ABŞ prezidenti Donald Trampın adı bir zamanlar cinsi istismar məqsədilə açılan cinayət işində, yetkinlik yaşına çatmayanların alverində ittiham olunan maliyyəçi Cefri Epşteynin işi ilə bağlı toplanmış cinayət sənədlərinə əlavə edilib.

Reyting.az
xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask yazıb.

"Əsl bombanı atmağın vaxtı gəlib, çünki Donald Tramp Epşteynin fayllarındadır. Onların ictimaiyyətə açıqlanmamasının əsl səbəbi budur. Gününüz xeyir, Tramp!",- yazan iş adamı İlon Mask iyunun 5-də "X" sosial şəbəkəsində yerləşdirdiyi, eyni zamanda böyük qalmaqala səbəb olan bu mətnindən sonradan imtina edib və öz paylaşımını silib.

İ. Mask yazının silinməsinə münasibət bildirməyib.

Xatırladaq ki, bir müddət əvvəl respublikaçıların ABŞ büdcə kəsirini artıran "böyük, gözəl vergi endirimi qanun layihəsini" bəyənmədiyini bəyan edəndən sonra bu sənədi çox sərt tənqid edən İ. Maskla D. Trampın arasında ictimai mübahisə yaranmışdı.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
2-06-2025, 14:51 Donad Trampa inam azalır