"Neftçi" "Sumqayıt"a uduzub
Tarix: 11-09-2020 21:56 | Bölmə: İdman
"Neftçi" "Sumqayıt"a uduzub

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.

Reyting.az
xəbər verir ki, "Neftçi" "Sumqayıt"ı qəbul edib.

"Bakcell Arena"da keçirilmiş qarşılaşma "Neftçi"nin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Görüşdə hesab 14-cü dəqiqədə açılıb. "Sumqayıt"ın iranlı hücumçusu Əli Qurbani fərqlənib. Forvard 46-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.

83-cü dəqiqədə meydan sahiblərinin heyətində Anton Krivotsyuk ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

İlk turda "Keşlə"yə uduzan "Sumqayıt" 3 xalı aktivinə yazdırıb. Birinci turda "Səbail"i məğlub edən "Neftçi" də eyni xala malikdir.

Qeyd edək ki, günün digər matçında son çempion "Qarabağ" səfərdə "Keşlə" ilə üz-üzə gələcək. Tura sabah keçiriləcək "Səbail" - "Zirə" və sentyabrın 13-də baş tutacaq "Sabah" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}