“Qarabağ”- AEL qarşılaşması: hesabda irəliləyiş olmayıb
Tarix: 05-08-2021 23:21 | Bölmə: İdman
“Qarabağ”- AEL qarşılaşması: hesabda irəliləyiş olmayıb

Bu gün Avropa Konfrans Liqasının III mərhələsinin ilk oyunları keçirilib. Reyting.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb.

Ağdam klubu Kiprdə AEL-lə qarşılaşıb. Larnakada keçirilən görüşdə heç-heçə qeydə alınıb.

Komandalar arasındakı cavab matçı avqustun 12-də Bakıda baş tutacaq.

Bu cütün qalibi pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) duelinin güclüsü ilə qarşılşacaq.

Avropa Konfrans Liqası
III mərhələnin ilk oyunu
5 avqust


AEL – Qarabağ 1:1
Qol: S.Şçepoviç, 69-pen – A.Zubir, 90+3.
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Larnaka. “AEK Arena”

AEL: 1. Vozinya (k), 4. Andre Teyşeyra, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 12. Stefan Şçepoviç, 13. Bruno Santos, 16. Manuel Torres, 17. Euller, 20. Sito Riera, 27. Robert Mazan, 44. Kire Ristevski.

Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 99. Elber Evora, 5. Tiyn Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stilianos Panteli, 23. Vasilios Papafotis, 24. Dimitris Avraam, 28. Kostas Soteriu, 50. Andriya Maydevaç, 73. Brian Pele, 77. Matko Babiç.

Baş məşqçi: Duşan Kerkez.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 20. Kadi Malinovski, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev.

Baş məşqçi: Qurban Qurbanov.(Matc.az)




Bölməyə aid digər xəbərlər
21-09-2021, 16:06 Messi zədələnib

{sape_links}{sape_article}